Menu

Braziliya koronavirusdan ölənlərin sayına görə İtaliyanı keçib

05.06.2020, 11:33
Braziliya koronavirusdan ölənlərin sayına görə İtaliyanı keçib

Braziliya yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayına görə İtaliyanı keçib.

APA-nın BBC-yə istinadla verdiyi xəbərə görə, indiyədək Braziliyada koronavirusdan 34 021 nəfər ölüb.

İnfeksiyadan ölənlərin sayına görə Braziliya ABŞ və Böyük Britaniyadan sonra 3-cü yerdədir.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada koronavirusdan 1437 nəfər ölüb, 30 925 yeni yoluxma qeydə alınıb.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 33 689 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol