NAZİR POLKOVNİKİ İŞDƏN ÇIXARDI - İcra başçısı həbs edilən rayonda polis rəisi idi

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb. "Report"un Qərb Mərkəzi xəbər verir ki, RPŞ-nın rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. İşdən çıxarılan polis rəisinin yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qardaşıdır.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

635x100

Şərhlər

İ.Mustafaoğlu 2020-06-05 14:46:33

Sağ ol cənab Nazir ! Yerlərdə mühafizə orqanarı icra başçısına yox, dövlətə sədaqətlə xidmət etməlidir.

Son yazılar