Çexiya iki rus diplomatını ölkədən qovur – Saxta informasiya qalmaqalı böyüdü

Çexiyanın baş naziri Andrey Babic deyib ki, onun hökuməti Rusiya səfirliyinin iki əməkdaşını persona - non - qrata elan edib və onların ölkədən çıxması tələb olunub.

İyunun 5-də Praqada xarici işlər naziri Tomas Petriceklə birgə keçirdiyi mətbuat konfransında Babic bildirib ki, bu addım “risin insidenti” kimi tanınan hadisəyə görə atılıb. Sonradan məlum olmuşdu ki, “risin əhvalatı” Rusiya səfirliyi əməkdaşları arasında gedən çəkişmənin nəticəsində baş verib və konkret əsası olmayıb.

Babic bildirib ki, Rusiya diplomatlarından biri məqsədyönlüşəkildəÇexiya rəsmilərinə hücum hazırlandığına dair saxta məlumatıölkə təhlükəsizlik xidmətinə göndərib. Mətbuat konfransı zamanı nə Babic, nə də Petricek jurnalistlərin suallarına cavab verməyiblər. Onlar habelə söhbətin hansı diplomatlardan getdiyini də deməyiblər.

Rusiya səfirliyinin bəyanatında deyilir ki, diplomatların ölkədən çıxarılması qərarı Praqanın iki ölkə arasında münasbətlərin normallaşdırılmasında maraqlı olmadığını göstərən qeyri-dost addımıdır.

Belə görünür ki, qalmaqal Çexiya mediasının Praqadakı Rusiya səfirliyinin Elm və Mədəniyyət Mərkəzinin direktor müavini Andrey Konçakovun ölkəyə risin maddəsi gətirdiyinə dair xəbərləri ilə yaranıb.

Mart ayında Çexiyanın bəzi mediaları zəhərli risin maddəsinin Praqanın meri Zdenek Hribin və paytaxtın daha iki rəsmisi -Ondrey Kolar və Pavel Novotnının qətlə yetirilməsi üçün gətirildiyini iddia edirdilər. Moskva həmin vaxt bu iddiaları qondarma adlandıraraq rədd etmişdi.

O vaxt Çexiyanın həftəlik “Respekt” jurnalı təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazırdı ki, Rusiya kəşfiyyatının agenti bu qətlləri törətmək məqsədilə diplomatik pasportla Praqaya gəlib. Ötən ay Çexiya mediası söhbətin Rusiya kəşfiyyat əməliyyatçısı olduğu iddia edilən Andrey Konçakovdan getdiyini yazmışdı.

Bu xəbərlərlə əlaqədar Çexiya rəsmiləri Kolar, Hrib və Novotnıya daimi polis qoruması verilmişdi. Məsələ burasında idi ki, bu üç siyasətçi bu və ya digər dərəcədə Moskvanı qəzəbləndirən hərəkətlərə yol vermişdilər.

Onlar sovet marşalı İvan Konevin Praqanın mərkəzi parklarından birindəki abidəsinin demontajını dəstəkləmişdilər. Belə düşünülürdü ki, Moskva bu qeyri-dost hərəkətlərin qisasını ala bilər.

Moskva 2018-ci ildə Britaniyada yaşayan keçmiş Rusiya casusu Skripal və onun qızının zəhərlənməsi cəhdində ittiham olunur. Rusiya tərəfi bildirib ki, üç rəsminin öldürülməsi planına dair uydurmalar Praqanın Moskvaya qarşı dezinformasiya kampaniyasının bir hissəsidir. (azadliq.org)

635x100

Şərhlər

Yan Hus 2020-06-06 15:07:39

görəsən, bizim Çexiyadakı keçmiş səfir Fərid Şəfiyevin həmin ruslarla əlaqəsi olubmu? Şəfiyevin öz həyat yoldaşının adına təsis etdiyi firmanın leqalizasiya işlərində ruslarla yaxınlıq etdiyinə dair ehtimallar mövcuddur. Bu hal çexlərə da məlum olubmuş. Onlar da cənab Şəfiyevin ya persona non qrata edilməsini ya da Azərbaycanın bu diplomat-alverçinin "könüllü" geri çağırılmasını istəyiblər və 17 gün işində Şəfiyev Çexiyanın ərazisini tərk etməli olub. Necə deyərlər, yemədi getdi...

t.ədalət 2020-06-06 13:19:14

Gör,indi Azərbaycanda nə qədər rus kəşfiyyatçısı toplaşıb!Üstə gəl özümüzdən olan xainlər,yazıq Vətən bu dılğırların əlindən necə qurtulsun?Bununla kifayətlənməyən Rusiya ölkəmizdə casus şəbəkəsini artırmaq üçün rus dilinin tədrisini də məcburi həyatas keçirir.Allah bizi başı və ürəyi rus olanlardan qorusun!

Son yazılar