Menu

Yeni Zelandiyada sonuncu koronavirus xəstəsi sağaldı

08.06.2020, 09:02
Yeni Zelandiyada sonuncu koronavirus xəstəsi sağaldı

Yeni Zelandiya həkimləri ölkədə koronavirusa yolxumuş son pasiyentin sağaldığını bildiriblər.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, son iki həftə ərzində ölkədə virusa yeni yoluxma aşkarlanmayıb. Ölkənin Milli Səhiyyə Naziriyi bildirib ki, ötən istirahət günlərində Oklenddə həkim nəzarəti altında olmuş sonuncu koronavirus pasiyenti tamamilə sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol