QADINA “DOVŞAN” DEYƏN POLİS İŞDƏN QOVULDU - Vətəndaşdan üzr istənildi + VİDEO

Bakının Yasamal rayonunda vətəndaşı təhqir edən polis orqandan xaric edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib: “Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.

Xatırladaq ki, DİN mətbuat xidmətinin bundan əvvəl yayılmış açıqlamasında DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edildiyi bildirilmişdi.

Qeyd edək ki, sözügedən polis əməkdaşı həmin binanın sakini olan qadına "Sən də, ərin də dovşansınız" deyərək təhqir edib.

635x100

Şərhlər

Hüquqşünqs 2020-06-20 01:32:57

İnsanları təhqir etmək cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət sayıldıından həmin qadını və ərini thqir edən polis cinayət məsuliyyətinə sövq edilməlidir.DİN-də bu cinayəti ört-basdır etmək qanuni sayıla bilməz!

Rasim Məmmədova 2020-06-12 10:47:43

Siz polisi dövlət adamı adlandrrsınız.Əgər polis özbaşınalıq edirsə,dövlətin qanunlarını ayaq altın atırsa,insanlarla vəhşi kimi davranırsa,bir nəfəri qol-bud edib odun kimi maşına atırsa ona insanlar seyric qalmalıdırlar?Polis əgər doğrudan dövlət adamıdırsa.dövlətin qanunlarına ilk əvvəl o tabe olmalıdır.Sadəcə "Qarabağa azadlıq" deməklə insanı zorla avtomobilə soxub,polis idarəsində ölümcül döymək dövlət adamına yaraşarmı?Bax,buna görə millət polisi dövlət adamı,asayiş qoruyucusu kimi tanıya bilmir.Onlara karatel kimi baxmağa məcbur olubklar.Ona görə Sizn şərhiniz həqiqət əks etdirmir.ecəly

Elman 2020-06-10 19:28:54

əzvvələn bu hal polisdə ilk deyil.Polislərin insanlarla normal davranış qaydaları,qayda pozan şəxslərin polisə aparılması və ya çaqrılmasl qaydaları yoxmu? Vətəndaşı cüzi anlaşılmazlıq,və ya qayda pozuntusu halında beş-altı polis tərəfindən qeyri-insani hala sürükləyib aparmaq metodu haradan çıxıb. Bu qeyri-insani,kobud.özbaşına hərəkətləri Polislərə kim təlim verib?QAnunsuz mənzillərə daxil olma əmrini verən polis yetkilisi niyə gizlədilir.İzahat tam olmalıdır. ç

Ələmdar 2020-06-10 11:55:26

Polis,məhkəmə,Prokurorluq sistemində qeyri millətlərin və qarışıqların olması yolverilməzdir və insanların hüquqularının pozulmasına,kobudkuğa,qanunsuz hərəkətlərə yol verilməsinə səbəb olub,olur və olacaqdır.Ona görə böyük təmizləmələrə ehtiyac var.

nazim 2020-06-10 08:24:55

Araşdirma getməldir.Polisin evə daxil olmasi qeyri qanunidir!!

Ağayev Ağahüseyn 2020-06-10 07:50:05

Hayıf bizim zəhmətimizdən mən belə düşünmürdüm hesab edirdim MÜSTƏQİL OLDUQDA FİRAVAN YAŞAYACAQIQ.Amma nə baş verdi ilk ğündən BEZPRİDEL LƏYAQƏTSİZ İNSANLARIN vəzifəyə ğəlməsi.Əbülfəz Əliyevdən ölkə başcısı olmazdı o insan kimi yaxşı insan iydi Mən onu QARADAQDA türmədə yatandan tanıyırdım.Hörmətimiz halal xoşu.AMMA ÖLKƏNİ VİRAN QOYDU.Bu ğün BƏYƏNMƏDİYİM KECMİŞ RUS Dövlətinə həsəd aparıram.Səhiyyə,Təhsil,Ev,İnsan kimi yaşamaq yemək PULSUZ.İndi dərmana pul catmır o da keyfiyyətsiz dərman.DƏLLALLAR keyfiyətsiz dərman İDXAL EDİR ALLAH ONLARI O DƏRMANA MÖHTAC ETSİN ƏN YAXINLARI İYLƏ BİRLİKDƏ.Mən özümü qınayıram vaxtı iylə BUTELBUROD payladıqım HƏKİMLƏR indi pulsuz insana salamda vermir.

Alı 2020-06-10 06:36:13

Onu işdən çıxarmıyacaqlar. Ona yaxşıca pul var-dövlət verib mükafatlandıracaqlar ki,o biri məxluqlar da ona baxıb öz millətinə qarşı daha da qəddar,daha faşist olsunlar

Moshu 2020-06-10 06:12:11

Verilən şərhlər, yanaşmalar müxtəlifdir. Baş vermiş insidentə vətəndaşlar tərəfindən də, asayişi qorumalı olan şəxslər tərəfindən də qiymət verilir, fikirlər bildirilir və tərəflər doğru olduqlarlnda israrlıdırlar. Bəli, vətəndaş onu qorumalı olan polis əməkdaşlarına qarşı belə münasibət sərgiləməməli idilər. Avropa ölkələrinin təsrübəsinə fikir versək, vətəndaşın belə davranışına cavab olaraq polis əməkdaşı Yasamalda yol verdiyi özbaşınalığa bənzər hadisənin şahidi olmazsınız. Bəli, bu gün dövlət polisi hər cür vasitələrlə təmin edib, onların sosial vəziyyəti də normal qaydadadır. Gəlin görək dövlətin bu qayğısına cavab olaraq polis dövlətin nüfuzunu qoruya bilirmi? Əfsuslar olsun. Vətəndaş qeyri-adekvat hərəkətlərə yol verə bilər. Hər belə qeyri-adekvat hərəkətlərə görə polis də qeyri-adekvat hərəkətlər etməməlidir. Belə olduğu halda tərəflərin bir-birindən fərqi nədədir? Yasamalda baş verən hadisə qonşu dövlətlərin internet səhifələrində yayımlanır. Bütün bunlar ölkəmizin imicinə heç də müsbət bir şey vəd etmir. Bu videoları gördükdə mənim özümdə belə təəssürat yarandı ki, ya Usama Ben Ladeni mühasirəyə alıb əməliyyata hazırlaşırlar, ya da erməni nayomniklərini Qarabağdan çıxarmağa. Xatırlayırsınızsa, Almaniyanın müdafiə naziri öz elmi işində plagiatla məşğul olmuşdu. Bu məsələ ictimailəşdikdən sonra o, dərhal istefa verdi. İstefa vermək özü bir mədəniyyətdir. Burada belə biabırçı, xoşagəlməz bir hadisə baş verir, bu quruma rəhbərlik edənlər isə özlərini eşitməzliyə və karlığa qoyurlar. Dəyərli Ölkə başçımız bu məsələyə yəqin ki, diqqət çəkəcək.

Rasim Memmedov 2020-06-09 23:08:40

Polis duz edib .Sen qudurluga bax ki,dovlet memuruna zibil atirsan .Bu ne demekdir deyilibdir elementals.Amerikada bele herekete gore omurluk verirler.O polis ola biler duz etmeyib.Amma vezifesini yetirerken olseydi ne olardi.Men haqq qazandiriram polislere.

ABUZƏR 2020-06-09 20:59:01

Zahidovun cavabını heç cür qənaətbəxş hesab etməlk olmaz.Ölkə insanlarının nirmal həyatını ,asayişini təmin etməyə borclu olanölvplisin qanunsuz olaraq (sanksiyasız) mənzillərə soxulması,belə qərar verən bəla polislərin aşkara çıxarılıb,lazımi ölçü götürülməsi əvəzinə onların qanunsuz hərəkətlərinə don geydirmək yanlış yanaşmadır.GUYA BUNU din-İN MƏSUL ŞƏXSLƏRİ BİLMİR?

Ağayev Ağahüseyn 2020-06-09 17:41:18

Dovşan sənin ..... SORTU MƏLUM OLMAYAN DOVŞAN.

cavab istəyirəm 2020-06-09 17:19:08

Kişilərin şalvarları çıxardılaraq sürüyüb küçədə maşına təhqiramiz formada itələyiblər. Bəs bunun günahkarları kimlərdir?

BAKILI 2020-06-09 17:02:45

Bir bu polisi yox onun komadirinide qovmaq lazimdir

Adil 2020-06-09 16:50:47

Men bu qun internete baxdim demey olar xarici metbuatda bu biyabrciliq hakda yazir danishir ) dushmanlarimiz ise bize qûlûrler (( Biyabr olduq !!!!Ayib ayib derdeeeeee bôyûk bir derdik !!!!

Atayev Fürqət 2020-06-09 16:13:26

Mən pensionerlə tam razıyam Moledes Azərbaycan polisinə Necədə Qarabağımızı ermənilərdən azad etdi...

KONSTITUSIYA 2020-06-09 13:47:58

Internetde You Tube kanallarinda choxlu videolar yayilmishdir POLISLERIN OZBASHINALIQLARI BAREDE VE CEMIYYETDE CHOX BOYUK GERGINLIK - ETIRAZLAR DIQQETI CELB EDIR. HAKIMIYYETDE HANSI KONKRET VEZIFELI- SELAHIYYETLI MEMUR EMR VERIB POLISLERIN OZBASHINALIQ DAVRANISHLARINA VETENDASHLARA QARSHI ?????? Azerbaycan Respublikasinin Konstitusiyasinin Teleblerine esasen, MEHKEMENIN QERARI OLMADAN, POLISLERIN VETENDASHIN MENZILINE DAXIL OLMAQ HUQUQU YOXDUR !!! POLISLERIN VETENDASHIN MENZILINE QANUNSUZ GIRISHI VE VETENDASHI YATAQ OTAQINDAN KOBUD TERZDE , FIZIKI GUC TETBIQ ETMEKLE, QOLLARINI VE AYAQLARINI TUTUB SURUKLEMEK VE AILE UZVLERINI DEHSHETE GETIRMEKLE, DINC VETENDASHI MENZILINDEN ZOR TETBIQ EDILMEKLE KUCEYE CHIXARMAQ VE POLIS AVTOMOBILINE SOXUSHDURMAQA GORE, DIN REHBERLIYI KONSTITUSIYANIN TELEBLERINI KOBUD POZMUSHDUR.BU BIABIRCHILIQ, DUNYA METBUATININ DIQQETINDEDIR.

Ramil 2020-06-09 11:43:13

Poliin məhkəmə və ya prokurorun sanksiyası olmadan mənzillərə zorla girməsi qanunsuzdur.Bu fakta niyə aydınlıq gətirilmir?

Azəri 2020-06-09 10:26:39

Onu tək işdən çıxarmaq yox həbs etmək lazımdır ki o birilərə dərs olsun ki vətəndaşla insan kimi davranmaq lazımdır,heyvan kimi yox

pensioner 2020-06-09 10:23:31

Yenə də nağıl danışırlar.Polisin adı,soyadı,atasının adı,rütbəsi v

Malik 2020-06-09 10:16:27

Sifətin insanlıq ifadəsi yoxdur. GESTAPO əsgərinə oxşayır bu məxluq.

Türk 2020-06-09 10:14:19

Bu ....ş polis 100 faiz Azərbaycanlı deyil. Çünki damarlarından millət qanı axan heb kəs onun kimi vəhşicəsinə öz millətinə, qadına,anaya hücum edib təhqir etməzdir.

Son yazılar