BAŞ NAZİR CƏRİMƏLƏRLƏ BAĞLI QƏRAR İMZALADI... - DYP-dən yeni açıqlama

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilib:

Bununla da büdcə gəlirlərinə bundan sonra sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələrlə yanaşı, karantin rejiminin pozulmasına görə cərimələr də daxil olacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev sosial şəbəkələrdə karantin dövründə tətbiq olunan cərimələrin pandemiyadan sonra ləğv olunacağı ilə bağlı yayılan məlumatlara açıqlama verib.

K.Əliyev AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində insanları təxribata uymamağa çağırıb: “Aydın məsələdir ki, qayda-qanunu pozan cərimə də olunur. Cərimə mexanizmi də olduğu kimi işlək vəziyyətdədir. Şayiə buraxılmışdı ki, guya karantin rejiminə görə cərimələnən, məsuliyyətə cəlb olunan şəxslər bu məsuliyyətdən azad olunacaqlar. Buna inanmayın. Kiminsə yalan ifadələrinə inanıb ardıcıl qayda pozmayın. Bu cərimə insanın ömrünün sonunadək onun üzərindədir. Bunun heç bir vaxt məhdudiyyəti yoxdur ki, 3-4 il keçəndən sonra bu cərimə ləğv olunacaq. Xeyr. İnsan yaşadığı müddətdə o cərimə onun üzərindədir və o cəriməni ödəmək məcburiyyətindədir. Bəzi ictimai birliklər cərimələrin ləğv olunacağı ilə bağlı təbliğata qoşulurlar və sosial şəbəkələrdə də insanları qızışdıranlar həmin şəxslərdir”.

635x100

Şərhlər

BAKILI 2020-06-09 17:08:39

Tez tez de birden yadidan cixar ...

t.ədalət 2020-06-09 12:33:04

Bununla da "karantin rejimi əhalinin sağlamlığının qorunması məqsədi ilə tətbiq edilir" kimi deyim öz həqiqiliyini itirir.Deməli,məqsəd büdcəni doldurmaqdır.

Vətəndaş 2020-06-09 11:49:39

Nə üçün vətəndaşlarln yol hərəkət qaydalarını pozma və digər hallarda ödədikləri cərimələr büdcəyə daxil olmur?Ayeı-ayrı hesablara yönəldilir və bəzi qurumlara mükafat şəklində verilir?tt

Son yazılar