Menu

BŞBPİ Qiyas İbrahimovun intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb

09.06.2020, 18:32
BŞBPİ Qiyas İbrahimovun intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi Qiyas İbrahimovun intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb.

İdarədən verilən məlumatda qeyd olunur ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcəkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol