Menu

Polşada 3 ton kokain müsadirə edildi

09.06.2020, 23:52
Polşada 3 ton kokain müsadirə edildi

Polşada polis və sərhəd xidmətinin keçirdiyi birgə əməliyyat nəticəsində 3 ton həcmində kokain müsadirə edilib.

Virtualaz.org bildirir ki, bunu ölkənin Baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə, bu, Polşa üçün rekord göstərici olub. Müsadirə edilən narkotik vasitənin məbləği 750 milyon dollara yaxındır.

Əməliyyat nəticəsində müəyyən edilib ki, kokain Ekvadordan Almaniyanın Hamburq şəhərinə, oradan isə Polşaya gətirilib. O da məlum olub ki, bu partiyanın bir hissəsi Skandinaviya ölkələrinə keçirilməli idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol