Menu

Məmmədyarov ərəb dünyasının ən güclü turnirində mübarizə aparacaq

10.06.2020, 11:30
Məmmədyarov ərəb dünyasının ən güclü turnirində mübarizə aparacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Şarja Şahmat Klubunun təşkil etdiyi onlayn turnirdə oynayacaq.

"Report" FIDE-nin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 35 yaşlı qrossmeysterlə yanaşı, turnirə Saleh Salem, Pentala Harikrişna, Bassem Amin, Rustam Kasımcanov, Radoslav Voytaşek qatılacaq. Onlar rapid növündə mübarizə aparacaqlar.

12-13 iyunda keçiriləcək yarış ərəb dünyasının ən güclü şahmat turnirlərindən hesab olunur. Mükafat fondu 10 min ABŞ dollarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol