“BU TƏXRİBAT BİRBAŞA VİLAYƏT EYVAZOVA QARŞI YÖNƏLİB!” – Deputatdan ŞOK açıqlama

Polisin Yasamaldakı qalmaqallı əməliyyatını müdafiə etdiyinə görə sosial şəbəkə istifadəçilərinin qınağına tuş gələn deputat Fazil Mustafa növbəti sensasiyalı açıqlama ilə çıxış edib.

“AzPolitika” xəbər verir ki, F.Mustafa bu dəfə polisin hərəkətini “qanunsuz” adlandıraraq, bu təxribatın polisin daxilindən hazırlandığını və Daxili İşlər naziri Vilayət Eyvazova yönəldiyini bildirib. O, “yenisabah” saytına açıqlamasında bu barədə danışıb.

“Fikrimcə, polis əməkdaşlarının Yasamalda keçirdiyi həmin əməliyyat təxribatdır”, - deputat bildirib.

Fazil Mustafa hesab edir ki, bu təxribatı polisin öz içində olan hansısa qruplar törədib: “Hesab edirəm ki, bu təxribat birbaşa Daxili İşlər nazirinə yönəlib. Diqqət etsəniz, görərsiniz baş verənlər süni konstruksiyadır. Yəni, polis etdiyi qanunsuzluğu özü çəkib özü də yayır, sonra tutduqları adamı buraxırlar, o da döyüldüyünü deyir. Bu açıq-aşkar təxribatdır. Kimsə öz cinayətini çəkib yayarmı? Əlbəttə yox. İstəyər ki, iz qalmasın. Bəs bu məsələdə niyə izlər saxlanılıb? Fikrimcə, Daxili İşlər Nazirliyi bu məsələni ciddi şəkildə araşdırmalıdır”.

Fazil Mustafa bu olaylarla bağlı sərt mövqe sərgiləməsinə, polisin qanunsuzluğuna etiraz edənləri “sürü” adlandırması barədə də danışıb: “Öz dövlətinin polisinin üzərinə zibil atan vətəndaş ola bilməz. Vətəndaş nədənsə narazı ola, nəyəsə etiraz edə bilər. Amma bu cür kütləvi şəkildə birləşərək polisə qarşı hansısa hərəkətlər etmək dövlətin müəyyən dəyərlərini anlamamaqdan irəli gəlir.

Ona görə də biz bu kimi məsələlərə mövqe bildirməliyik. Biz polisin hüquqazidd əməllərinə də mövqeyimiz bildirdik. Həmin qanunsuzluğu törədən polislər cəzalandırılıblar və bu təqdirəlayiq haldır. Lakin xarici ölkələrin kəşfiyyat şəbəkəsində olan şəxslər ayrı-ayrı statuslarda bu məsələni qabardaraq baş verənlərdən istifadə etməklə dövlətə qarşı kampaniyaya başladılar. Polisin üzərinə zibil atanları dəstəkləmək əslində dövlətə qarşı demarş göstərmə niyyətini ortaya qoydu. Ona görə də biz onları sürü olaraq xarakterizə elədik.

Aydındır, başa düşdük, polisin etdiyi ədalətsizliyə, qanunsuzluğa münasibət bildirirlər. Amma bu zaman niyə zibil atanların əməlini təqdir edirlər? Biz bunu qəbul etmirik, bunların qarşısında qətiyyətlə dururuq və duracağıq”.

Qeyd edək ki, 8 iyun əməliyyatının həm də nazir Vilayət Eyvazova qarşı təxribat olduğu fikrini bölüşənlər kifayət qədərdir. Bu qənaətdə olanların fikrincə, V.Eyvazovun nazir təyin olunduğu ilk günlərdən polisin ictimai nüfuzunu artırmağa xüsusi diqqət ayırması, bir sıra ciddi kadr dəyişiklikləri aparması, şəxsi heyətdən “köhnə qaydalardan” əl çəkərək qanunamüvafiq şəkildə fəaliyyət göstərməyi tələb etməsi və ən əsası, qərarları sərbəst şəkildə qəbul etməsi və kənar təsir cəhdlərinə böyun əyməməsi müəyyən dairələrdə, bir qədər də konkretləşdirsək, uzun illərdir polisi öz nəzarəti altında saxlayan dairələrdə qıcıq və qəzəb yaradıb. Hətta belə məlumatlar da var ki, bəzi "köhnə qvardiya" üzvləri yüksək səviyyəli toplantılarda V.Eyvazovun guya kifayət qədər qətiyyət göstərmədiyi və buna görə ölkədə vəziyyətin nəzarətdən çıxa biləcəyi fikrini yaratmaq cəhdləri də göstəriblər.

Bu məlumatları nəzərə aldıqda, son bir ildə polisin ictimai nüfuzunun artırılması istiqamətində əldə olunmuş müəyyən uğurların üzərindən çarpaz xətt çəkən 8 iyun əməliyyatının, nə qədər qəribə olsa da, V.Eyvazova qarşı təxribat olması ehtimalı kifayət qədər ciddi görünür.

Rasim ƏLİYEV

“AzPolitika.info”

635x100

Şərhlər

Q.Qazisi.. 2020-06-13 00:09:06

Fazil danışığıva fikir ver,sürudən cıxıbsan.

Azərbaycan İnsanı 2020-06-12 08:08:42

Ay millət, gör polis aşkarda hamının gözü qarşısında vətəndaşa zor tətbiq edib ona əl qaldırırsa, gör onda xəlvətdə polis idarələrində vətəndaşı necə döyürlər. Polisin belə özbaşınalığı qanuna ziddir, vətəndaşa və nazirə qarşı saymazlıqdır. Belə olmaz. Əgər adam karantin qaydasını pozubsa, cərimələnməli, ya da bir neçə sutka azadlıqdan təcrid olunmalıdır. Polisə heç bir hüquq verilməyib ki, hərbçilər ilə birlikdə vətəndaşın arxasında qaçıb yaşadığı binanın ortasında ona zor işlətsinlər, kobudluq etsinlər. Polis işçiləri görünür hələ öz səlahiyyətlərini çox aşacaqlar.

Azərbaycan İnsanı 2020-06-12 08:03:53

Əgər Azərbaycan polisi zorakılığa keçibsə, bu artıq polis adına, polis sisteminə və onun başında dayanan nazirə və Azərbaycan qanununa qarşı təxribatdır. Azərbaycan vətəndaşı olaraq nazirdən tələb edirəm ki, binanın həyətində vətəndaşa zor tətbiq edərək ona hamının gözü qarşısında əl qaldıran poliz əməkdaşı təcili polis sistemindən kənarlaşdırılsın.

Azərbaycan İnsanı 2020-06-12 08:00:57

Qanunlara hörmət qoyan və özünə bir kişi, adam kimi hörmət qoyan polis öz başına zibil yağdırmaz.

Azərbaycan İnsanı 2020-06-12 07:59:45

Fazil Mustafa adını millət vəkili qoyub, amma hər çıxışında milləti aşağılayır, hətta təhqir də edir.

Alim 2020-06-12 07:57:52

Bu yazini hec oxumadan yaziram, bu cizmaqaralar troldan bashqa bir shey deyil. Muellifde trol yazmaqla meshguldur hemishe. .

Qacqin statusunda yazana 2020-06-12 07:50:46

Senin dediyinden bele cixir ki, yerde qalanlar ermeni esillidir. ...

Miradəm Əliyev. 2020-06-11 13:54:13

Fazil Mustafa savadlı biridir. Amma,.... malalamaq üçün dəridən-qabıqdan çıxır. Amma bu onda alınmır. Ona görə ki, öz mənzilindən polisə nəsə atmaq cahillik əlaməti sayıla bilər. Amma polisin bu cür .... heç cür haqq qazandırmaq olmaz. Mən axmaqam, dəliyəm, amma sən polis olaraq qanunları bilən və ona əməl edən olmalısan. 150minlik maşınla gəlib həyətdə lotuluq edən həqiqi polis ola bilməz. Fazil Mustafa nala-mıxa vurmaqdansa, bu faktlara diqqət etsin.

Cavaba cavab 2020-06-11 10:38:07

Təbrik edirəm!!!

GEBER 2020-06-11 10:29:49

Fazil müəllimin dedikləri tam həqiqət də olsa bunu sübütlari video və etiraflari da əlində olsa :-əgər deputat fərqində deyilsə , ki onun dilindən şəhrindən həqiqət yalan olur , məntiqlə Fazil deputat belə işlərə baş qoşmamali hər hansi şəhr verməkdən çəkinməklə Azərbaycan xalqinin intellektual bəlli analitik öncə görən qəzet saytlarina imkan verməlidir , ki insanlar bacardiqlarini tsinlər , nəyəsə xatir yox 7000 manat maaşa görə yox , sadəcə belə olmaqlari üçün məfkurəli olmaqlarinin tələbi ürəyindən gələn səsə görə . ən nəhaiyyət. Mən inkar etmirəm nə vaxtsa Fazil də . belə insan olub , əfsus ki ...

Moshu 2020-06-11 06:37:57

...Ən azından bu hadisələri törədənlər tutduqları vəzifədən çıxarılmalıdırlar.... Bu əməliyyat heç bir əndazəyə sığmır. İnanın səmimiyyətimə, ürəyim ağrıyır, fikirləşəndə ki, bu hadisələr Bakının göbəyində baş verir və mən də Azərbaycanda yaşayıram. Çox qəribədir, hamı vətənpərvərlikdən, düzgünlükdən və s. Danışır, amma heç kim bu Vətəni sevmir, məmurlar ona sağmal inək kimi baxır. ....

Millət 2020-06-11 02:11:59

Fazil sən bu millətdən olsan bu milləti sürü adlandırmazdın. ..

Ələmdar Məmmədov-hüquqşünas 2020-06-11 00:45:19

Brada heç bir təxribat yoxdur.Adi gündəlik məişətimizdə baş verən hadisədir.Bunu şişirtmək lazım deyil.Vilayət Eyvazov Ramil Usubovun yetirməsi olmala ız vəzifəsini ləyaqətlə icra edir.Hesab edirəm ki,Pandemiya dövründə Azərbaycan polisi yeni keyfiyyətlərlə qədəm qoyub.Onlar bu nəcib işində müvəffəqiyyətlər arzu edirəm.

Cavab 2020-06-11 00:11:43

Fazil, sürü senin kimliyini bilir.............

Ağayev Ağahüseyn 2020-06-10 20:00:51

Ay Fazil müə.Ğah nala vurursan ğa mıxa.Fikrin nədir de bilək.

Vətəndaş 2020-06-10 18:56:53

...Bu necə ola bilir ki,bu boyda özbaşənalıq və qanunları saymamaq qanunların yerinə yetirməsinə cavabdeh olan qurumda qanunlara sayqısızlıq göstəeilsin.Millətin asayişini qorumalı olan qurum kobudcasına asayişi pozsun.a ntə

Veten dashı 2020-06-10 17:24:07

Hər kəsin dediyinə hörmətlə yanaşıram.Amma bir şeyi öz təcrübəmdən bilirəm ki,ən sIravi polis işçisi ilə hüquqların uğrunda xırda mübahisədə səni hərəsi bir tərəfdən təxribata çəkib ən azı cevik polis alayının ən tərbiyəsiz ,savadsız birisi tərəfindən zorla maşına oturdurub polis məntəqəsinə apararlar.55 yaşlı birisiyəm və etik normalara hörmətlə yanaşan birisiyəm.DYP-nin pul yığılan bir otağı var polis mayoru və yanında da mülki geyimli pul yığanı. Asan xiidmət mədəniyyətini xatırlatdığım ücün mənə bir ,,mədəniyyət,, nümunəsi göstərdilər ki... 2-ci gün polis məntəqəsindən qurtulub 85 azn pul odəyib maşına nömrə aldım.Sonradan öyrəndim ki ən azı 150-350 azn ödəmək lazımdı ki nömrə alasan.

ejder 2020-06-10 17:03:27

meqsed insanlarin gozunu qorxuzmaqdi. ..

pensioner 2020-06-10 17:02:04

Bu da ...

Haqq 2020-06-10 16:55:24

fazil mustafa sən ÜMUMMİLLİ LİDER RƏSULZADƏNİN İŞİNİN DAVAMÇISI OLAN ELÇİBƏYİMİZİN HESABINA.... fazil mustafa idin amma əsl mahiyyətin bəlli olandan sonra .... polisləri və rejimi mudafiə edərək...

qaçqın 2020-06-10 16:51:10

Vilayət müəllim əsl generaldır-təmiz AZƏRBAYCANLIDIR

Müfəttiş 2020-06-10 16:16:32

Yalanin və yarınmağın da bir həddi var .Keçən il 40 manat olan texosmotr bu il 65 manata qaldırılıb.

Fazil bəyə 2020-06-10 15:48:27

Fazil bəy hər şeyi öz adı ilə çağırmaq vacibdir.Əvvəlcə gəlin görək polisə zibil niyə atıldı?Bunu araşdıraq.Polisin küçədəki özbaşınalığı buna səbəb olub.İnsanlar eyvanlardan polisin vəhşp davranışını görüb və bunun qarşısını almaq məqsədilə hərəkət ediblər.Onlar küçəyə çıxıb onların yanına gəlib tələb edə bilməzdilər.çünki küçəyə çıxma qadağası vardı.Onlar eyvanlardan müraciət etdilər.xeri olmadı.O zaman etitrazı bu qaydada bildirdilər.Çünki başqa yol yox idi.Sonra bilirsiniz ki,qanunlar polislərin məhkəmə qərarı və ya prokuror sanksiyası olmadan mənzillərə daxil olması qanunla qadağandır.Bu qanun da pozulub.İnsanlara öz mənzillərində zorakılıq tətbiq edilib və sair faktları araşdırmamış nəticə çıxarmaq yanlışdır.ltnthbas

t.ədalətə 2020-06-10 15:40:06

Mitinq iştirakçılarına divantutulmasınınbanisi elə Yaşar Əliyevdir.O Bakı polisində müavin olarkən bu prossess vüsət alıb.Onun DİN=ə gətirilməsi daha dəhşətli nəticələr verər.s

Mahir 2020-06-10 15:36:41

Deputatın iki üzü! Dünən tərif edib.bu gün tənqia edir.Bunun başqa adı varmı? Belə deputatlar MM-də kifayət qədrdir.

Uveys 2020-06-10 15:33:11

bu usaq nagilina kim inanar? Bakinin ortasina 100 200 nəfərlik canlı qüvvə, texnika yeridilir ve nazirin xeberi olmur? hemin hadise zamani adam ole bilerdi , daha pis qarşidurma ola bilerdi. bunun mesuliyyetini men, sen, fazil, hesenqulu, memmedhuseyn daşimir. birbaşa nazir daşıyir. madam ki deputat sifarisi catdirib "bu texribat idi" deyir onda o biyabirci emeliyyatda istirak etmis butun polisler xidmetden uzaqlasdirilalidirlar. Fazil Mustafa ele bilir indi orta esrlerdir. indi 2020-dir ve her sey goz qabaginda bas verir. Zorakiliq eden emekdaslar polisin seref ve layaqetine ciddi leke getiren herekete yol veribler. bunu malalayib ne ad qoyursunuz qoyun, amma ciddi ceza olmayana qeder xalqin gozunden dusmus veziyyetdesiniz

Tanish 2020-06-10 14:42:09

Fazil Mustafa komplo teorisi ile meshgul olur. Zibil atan ile nazirin ne elagesi. Bele deputatdan olmaqdansa hec olmasa yaxshidir. Goresen kimdi bu gocaqlar Vilayet Eyvazovu yixmaq isteyir. Fazil bey yegin bilir lakin ozu ictimayetin ixtiyarina buraxir. Gun kimi aydindir ki, o kimin botanina dash atir. Insanlar mumkundur ki, pisxoloji olaraq tab getire bilmeyib, buna gore milleti yari cilpaq evinden vehshikimi cixarmaq lazimdir, facie bunu beyaneti deyil, kecmish ve indiki AS birinci muavinleride eyni texayulsahibidir. Men basha dushe bilmirem, cenab presdent ve yaxud vitse-presdente bunlarin cixishlari haqqinda ne fikirleshir. Presdent deyir ki, mecburi kockun ve yaxud qacqin uchun tikilen evlerde menzil alanin 20)-i o kategoriyadan olanlar deyil, goresen aidiati orqanlar hemin rushfet verib menzil alanlari evlerden cixardimi, ne qeder bu xalqin mali qacgin, kockun adi ile talan olunacaqdir. Ne geder qacqina guzet etmek olar. Maashlarindan podoxodnu cixilmir, niye, bele gotursen butun Azerbaycan fetandashlari olke daxilandan sonra eyni veziyyete dushdu. Hal-hazir

Vsl 2020-06-10 13:33:29

Bütün dünyada polis nə edir etsin insanlarda ümumi olaraq simpatiya olmur. Bu gün bir polis özündə olan axırıncı çörəyini versə də sabah digəri cərimə qanuni cərimə yazanda insanlar narazı qalacaq. Çox qısa zamanda insanların polislə bağlı düşüncələrini müsbətə dəyişmək üçün məncə bütün dünyada tətbiq olunan sadə üsuldan istifadə etmək lazımdır. Polis əməkdaşlarının müsbət obrazını və gündəlik fəaliyyətini özündə əks etdirən baxımlı seriallar və filmlər çəkilməlidir. Bunun üçün dedektiv romanlar yazan yazıçılara müraciət edib senarilər yazdırmaq olar.

Xalq 2020-06-10 13:31:37

Şerlok Holmssın deduksiya metodu ilə açıldı

Kazım 2020-06-10 13:20:59

Fazil sizlər bu millətin xeyrinə danışan deyilsiz,niyəsini özün bilirsən. Ancaq millətə sürü adlandırmaqla ................

t.ədalət 2020-06-10 13:09:47

Fazil Mustafanın bu fikrində müəyyən həqiqət var.Çünki Vilayət Eyvazovun gəlişi ilə polis orqanlarındakı rüşvətin qarşısı xeyli alınıb.Beləki indi "texosmotr" yoxlanışı zamanı heç kimdən rüşvət alınmır. Görünür, V.Eyvazovun yerinə kimisə hazırlayırlar.General-mayor Yaşar Əliyevin prezident aparatına aparılması da şübhələnməyə əsas yaradır.

omar 2020-06-10 13:06:12

İngilis bayrağı.Çox düzgün açıqlama verə bilərdim,ancaq Az.Politikaya bələd olduğuma görə özümə ,barmaqlarıma heyfim gəldi.

Son yazılar