Menu

UEFA-nın Çempionlar Liqası ilə bağlı planı bilindi

10.06.2020, 13:30
UEFA-nın Çempionlar Liqası ilə bağlı planı bilindi

UEFA İcraiyyə Komitəsinin Çempionlar Liqası barədə planı bəlli olub.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, qurum 1/8 final mərhələsinin cavab matçlarını 8-9 avqustda keçirməyi planlaşdırır.

Avqustun 12-dən isə Portuqaliyanın Lissabon şəhərində 8 komandadan ibarət mini-turnir təşkil olunacaq. Matçlar "Jose Alvalade" və "Estadio da Luş" stadionlarında baş tutacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası iyunun 17-də olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol