Menu

Azərbaycanın dövlət büdcəsinin qalığı azalıb

10.06.2020, 14:40
Azərbaycanın dövlət büdcəsinin qalığı azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 527,5 milyon manat, xərcləri isə 9 392,2 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çox və 0,4% azdır.

Son nəticədə büdcədə 1 135,3 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-aprel aylarının yekununda büdcə qalığı 2 306,5 milyon manat təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol