Menu

Milli Şuradan daha bir istefa

11.06.2020, 13:45
Milli Şuradan daha bir istefa

Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

“Report” xəbər verir ki, bu barədə o, Facebook hesabında məlumat verib:

”Son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin,vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti məni də dərindən narahat etdi və təəssüfləndirdi”.

R.Əhmədli Milli Şurada qalmağı mümkünsüz və faydasız hesab etdiyini vurğulayaraq, Milli Şuranı tərk etdiyini bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Milli Şuradan Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov da istefa verib.

Şərhlər

t.ədalət 2020-06-11 20:17:59

İstefa verənlər,bəlkə də Milli Şuraya soxulmuş adamlardır.İstər iqtidar olsun,istərsə də müxalifət,əqidəsinə sadiq olmayanların getməsi məsləhətdir.

Xalx 2020-06-11 18:01:46

Xalqın da DALINDA polislər DURUB... Belə deyək...

Xalx 2020-06-11 17:53:08

Xalqın da DALINDA polislər DURUB... Belə deyək...

BAKILI 2020-06-11 17:13:46

Sevinmeye esas yoxdur milli wuranin arxasinda xalq durub

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol