Menu

DİN avtomobillərin torpaq yolla Bakını tərk etməsinə münasibət bildirib - VİDEO

14.06.2020, 14:12
DİN avtomobillərin torpaq yolla Bakını tərk etməsinə münasibət bildirib - VİDEO

Daxili İşlər Nazirliyi avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, həmin görüntülər ötən gün Bakı-Quba yolunda qeydə alınıb.

E. Zahidov deyib ki, paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ torpaq yolla şəhərdən çıxmaq istəyiblər: “Lakin qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılaraq Bakıdan çıxmalarına müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Kimin icazəsi varsa buraxılıb, icazəsi olmayanlar isə geri qaytarılıb".


Şərhlər

raul 2020-06-14 15:47:11

bakinin imkanlilari hamisi bolgelerdedi.e. Şubhesiz varsa bolgelere bas cekin. ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol