Afrikada koronavirusa yoluxanların sayı 230 min 454 nəfərə çatıb. Virtualaz.org bildirir ki, məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi yayıb.
Bildirilib ki, indiyədək 6218 nəfər virusdan həyatını itirib, 106 mindən çox xəstə sağalıb.
Yoluxma daha çox Cənubi Afrika Respublikasında (65 736), Misir (41 303) və Nigeriyada (15 181) qeydə alınıb.


Şərhlər