Menu

İspaniya sərhədlərini açacaq - Bir həftədən sonra

15.06.2020, 00:13
İspaniya sərhədlərini açacaq - Bir həftədən sonra

İspaniyanın Baş naziri Pedro Sançes şengen zonası ölkələrinin üzünə sərhədləri açacağını anons edib.

Onun sözlərinə görə, Avropa ölkələrinin vətəndaşları artıq iyunun 22-dən başlayaraq, İspaniyaya gələ biləcəklər. Bu barədə bazar günü keçirilən mətbuat konfransında rəsmi məlumat verilib.

Bu məsələdə Portuqaliya istisna təşkil edəcək. Onunla sərhədlərin açılması mərasimi iyulun 1-nə müəyyən olunub.

İsaniya kralı 6-cı Felipe, Portuqaliyanın Baş naziri Antoniu Koşta və Portuqaliyanın prezidenti Marselu Rebelu de Souza mərasimdə iştirak edəcəklər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol