Menu

ABŞ-ın Corciya ştatında atışma olub - Ölənlər və xəsarət alanlar var

15.06.2020, 00:01
ABŞ-ın Corciya ştatında atışma olub - Ölənlər və xəsarət alanlar var

ABŞ-ın Corciya ştatında silahlı insident baş verib. “Report”un məlumatına görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, Atlanta şəhərində naməlum şəxslər ətrafdakılara atəş açıblar. Nəticədə 2 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Bildirilir ki, hadisə şəhərdə polisin həddən artıq güc tətbiq etməsinə qarşı, afroamerikalıların hüquqlarının təmin olunması tələbi ilə keçirilən nümayiş zamanı baş verib. “Fox News”un məlumatına görə, atəş iki avtomobildən açılıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis atəş açan şəxslərin axtarışına başlayıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol