Energetika Nazirliyində yeni təyinatı olub.
"Report" xəbər verir ki, Vüsal Rəcəbli nazirin müşaviri təyin edilib.
Energetika nazirinin digər müşaviri, həm də nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyev "Report"a açıqlamasında xəbəri təsdiq edib.
V.Rəcəbli keçmiş deputat Hadı Rəcəblinin oğludur. O, bundan əvvəl BEGOC-un Nəqliyyat departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri olub.


Şərhlər
Ele slavyani universitetinin rektoru da qarisiq millidir.
Bu "Hadi recebLi erasi" heLe qurtarmadi?! Yoxsa, (çox boyuk "qehremanLiq" etmiş kimi) novbeti dovru geLir?! )
Deputat ,nazi,Icra hakimi, Prezident aparatı,nazirlər kabinəsi işçilərinin qohumları,evladları yalnız dövlət idarələrində işə qəbul edilir.Burada ya rüşvət,ya qarışıq millilik ,regioçuluq əsas meyar kimi qəbul edilir.Buna görə digər vətəndaşların normal ixtisaslı evladları işsiz qalır,bisavadlar vəzifədə olur.Ona görə ölkədə işlərin başı-ayağı bəlli deyli..Savadsız məmurlar fəaliyyətinin ağır nəticələri ölkəni hər sahədə bərbad hala salıb.....
Bunlar düzələn deyil. Biri işdən çıxarılsa da onun yerinə eyni ruhlu tərbiyəli eyni komandadan regiyon klandan qoyulur
Hadi Rəcəblinin də deyirlər... qohumluğu İsa Məmmədov vaxtında olub...BSU-nun rektoru ilə qohumluğunun əsasında da hər iki tərəfin ... yaxınlığı dayanır.