Menu

"Boko Haram"ın lideri: "Ölməmişəm, sağam" - Video

04.10.2014, 11:19
"Boko Haram"ın lideri: "Ölməmişəm, sağam" - Video

Nigeriyada fəaliyyət göstərən "Boko Haram" terror qrupunun lideri Əbubakar Şekaunun qətlə yetirildiyi barədə məlumatlar təkzib olunub.

Nigeriyanın Müdafiə Nazirliyi bir qədər əvvəl Şekaunun öldürüldüyünü bildirmişdi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Boko Haram"ın yaydığı yeni videoda "Boko Haram"ın lideri əlaltıları ilə birlikdə kamera qarşısındadır.

Əynində kamuflyaj forma, ayaqlarında rezin uzunboğaz çəkmələr olan Əbubakar Şekau deyir: "Budur, sağam! Ölməyim barədə yayılan xəbərlər, gördüyünüz kimi, yalandır. Yalnız Allah nəfəsimi alanda öləcəyəm. O ana qədərsə İslam və Şəriət üçün sürəkli mübarizə aparacağam".

Son 5 ildə artıq 2-ci dəfədir ki, Əbubakar Şekaunun ölümü ilə bağlı xəbərlər yayılır.

Dünən "Boko Haram" Nigeriya Hərbi-Hava Qüvvələrinin pilotunun edam səhnələrinin əks olunduğu videonu da yayıb.

Nigeriya HHQ-nin qırıcı təyyarəsi və 2 pilotu sentyabrın 11-dən itkin düşmüş sayılırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol