Menu

Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

15.06.2020, 23:11
Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanına yığılan tikinti materialları 3 m² sahədə yanıb.

FHN xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol