Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacacağını bildirmişdi.


Şərhlər
Vətəndaşlarımızın gətirilməsi onlara atəş açılandan sonraya qalmalıydı?Məgər,bunu hadisədən qabaq düşünmək çətin idi?