Menu

“Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq üçün böyük potensial var” - Prezidentin köməkçisi

16.06.2020, 21:58
“Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq üçün böyük potensial var” - Prezidentin köməkçisi

“Hesab edirəm ki, “Microsoft” şirkəti ilə çox yaxşı əməkdaşlıq qurmuşuq. Hazırda biz innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində işləyirik”.

“Report” xəbər verir ki, “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

“Biz bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edirik. Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırırıq. Hesab edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk”, - Şahmar Mövsümov əlavə edib.

Şərhlər

sual 2020-06-17 12:43:16

«Silikon vadisi» Pentaqonun 100 milyardları hesabına yaranıb, hansısa biznesin/bizneslərin vəsaitləri / biznes ideyaları hesabına yox, indidə bu prinsiplə fəaliyyət göstərir...))) iPone-un yeni, ilk modeli o vaxtki Rusiya prezidenti Medvedevə hədiyyə olunduqdan yalnız xeyli müddət sonra rusiyalı mütəxəssislər tel-də güdmə qurğularının olduğunu müəyyənləşdirdilər...))) maraqlıdır hansı resurslarla və hansı məqsədlərlə bizdə belə layihə gündəmə gəlib???

Sdandart Bankin kreditorlari 2020-06-16 23:02:52

Absheron vadisi yaratmaqdan qabaq milletin 100 milyon dollarini talan edenlər pulu geri qaytarsın.... Vadi yaratmaq sonraya qalsin.... Deyesen Neft fondundunun qabigi qalib, onun pullarini vadi adi ile silmek isteyirsiniz....

t.ədalət 2020-06-16 22:26:56

Qoy, rədd olsun bu internet!Bəlkə də koronovirus elə 4 D-dən sonra yaranıb?Ola bilsin ki,dünyanı hörümçək toru kimi bürüyən internet sağalmaz xəstəliklərin mənbəyidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol