Menu

Yağış yağacaq - Proqnoz

04.10.2014, 12:45
Yağış yağacaq - Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, fasilələrlə yağış yağacaq, mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol