Menu

Sərxoş sürücü qəza törətdi - Ölən var

18.06.2020, 09:36
Sərxoş sürücü qəza törətdi - Ölən var

Ağdam rayonunda yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə iyunun 18-i gecə saat 2 radələrində rayonun Alıbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, 1972-ci il təvəllüdlü Şamil Əliyevin idarə etdiyi “Mercedes-Benz c230” markalı avtomobili hərəkətdə olan zaman rayon sakini, 1980-ci il təvəllüdlü İbrahim Rzayevin idarə etdiyi “Mercedes-Benz Vita” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes-Benz c230” markalı avtomobil aşıb və onun içərisində olan sərnişin Sarvan Baxışov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma zamanı məlum olub ki, “Mercedes-Benz c230” markalı avtomobilin sürücüsü Ş.Əliyev avtomobili idarə edən zamanı sərxoş olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol