Menu

Qızıl yenidən ucuzlaşmağa başlayıb

18.06.2020, 15:54
Qızıl yenidən ucuzlaşmağa başlayıb

Dünya bazarında qızılın qiyməti yenidən azalmağa başlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu gün bir hərrac üzrə qiymətli metal 0,1% dəyər itirərək 1733,9 ABŞ dollarından satılıb.

Günləlik ucuzlaşma isə 1,1%-ə çatıb. Halbuki çərşənbə axşamı keçirilən hərraclarda qızıl əvvəlki günə nisbətən 0,5% bahalaşmışdı. “Zaner Metals” mərkəzinin ekspertləri əks prosesə səbəb kimi investorların qiymətli kağızlar bazarına marağının artmasını, əvəzində qiymətli metallara tələbatının azalmasını göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol