BU ŞƏHƏRLƏRDƏ İKİ HƏFTƏLİK SƏRT KARANTİN REJİMİ TƏTBİQ OLUNACAQ - Hansı məhdudiyyətlər olacaq?(Yenilənib)

"Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq".

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

“Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək”, - o deyib.

Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.

Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

Bundan başqa ticarət mərkəzlərinin fəaliyyəti tam dayandırılır, ictimai iaşə xidmətlərinin isə yerində fəaliyyəti dayandırılacaq. Həmçinin bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq.

Bakı metropliteninin fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək.

Məhdudiyyətlər aşağıdakılardır:

SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxma tətbiq ediləcək,

dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər qruplara bölünərək müxtəlif vaxtlarda işə başlayacaq (işçi heyətin 3 qrupa bölünməsi),

ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq,

ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq,

bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər dayandırılacaq,

muzey və sərgi zallarının fəaliyyəti dayandırlacaq,

malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə almaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları olmayacaq.

21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək ciddi karantin rejimi zamanı dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq ediləcək.

Leyla Abdullayeva bildirib ki, məhdudiyyətlərə müxtəlif vaxtlarda işə başlamaq, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi aiddir.

635x100

Şərhlər

Samir 2020-06-19 17:40:59

Marketlarda ,nagliyyarda intizam yarada bilmirsiz .Avvaldan buraxdiniz sayvlari dark etib natica etmirsiz, Vatandaslari dustak etmakla ,ozunuza baraet etmak .Allaha xos calmaz!

Həkim 2020-06-19 13:52:44

TƏBİB hələ anlaya bilməyib ki,bu onların işi deyil?Boş,düşünüləmmiş qadağalar,müalicə metodları,hətta tibbi personalı qoruya bilmədikləri onları ayılda bilmir? İnsan bacarmadığı,anlamadığı işfdən yapışmamalıdır.Dünya ölkələri bir-birinin ardınca yüngülləşməyə getdiy halda bu qğırlaşdırılmaların səbəbinin nə olduğu bəlli deyil.Boş,söz yığınından,əsaslandırılmadan uzaq brifinqlər keçirib,milləti evlərdə həbsdə saxlamağın nəticələrini anlamayan insanların nəticəsiz və mənasız göstrişlərinə əhalini mcur etmək də cinayətdir.İnsanlar evdə sıxılır,stres keçirir,əsəbləri gərginləşir, hipertoniya artır..Mövcud xəstəliklər ağır formaya keçir.Bunu anlayan mütəxəssislərdən ibarət qrup bu işlərlə məşğul olmalıdır.Yoxsa XİN-nin sözcüs oturub ağlına gələni çərənləyir.Təbib isə uzun-uzadı hekayə danışır.Bu çıxış yolu yanlışdır!

Vətəndaş 2020-06-19 13:41:46

Park və istirahət mərkəzlərinə insanlar SMS-lə gedəcək? Bu ki,absurddur! Evdən çıxıb park və bulvara,istrahət mərkəzlərində istirahət üçün getmək 2-3 saatlıq deyil axı ! Bunu düşünən varmı? Belə məhdudiyyət və icazələr hansı hesabla verilir? Buna da aydınlıq gətirilməlidir.

kazim 2020-06-19 12:21:25

nagliyatda nizam yarada bimirsiz .Pandemiyanin avalidan etdiyiniz savlari xalgi corak dan marhum edirsiniz !

Operativ QƏRARGAHA 2020-06-19 09:20:37

D/özəl müəssisə məhdudiyyətləri, dövlət şərtləri dəqiq göstərilməlidir!

Eli 2020-06-19 00:38:17

bu sehv atilan adimmlarin neticesidi....maslalarin yoxxx.vaxtinda adam bawi her adama normal dolanwiq pulu verseydiz hec kimse kuceye cixmazdi,indi oz gunahinizi onun bunun boynuna yixirsiniz,cox yox haaaa iki babat ruwvetxor memurun yaxasindan tutub sirkeleseydiz butun azerbaycani iki hefte yoxeeeee belke bir ilde evde saxlamaqa pulu yeterdi.cenab ifeksionist belke yalandi???insanlar virusdan yox esebden ve sehv atdiqiniz addimlardan yuzde yuz olecek.bunu deqiq bilin.siz milleti qorumaq isteseydiz adam bawi vaxtinda pul ayirardiniz,verdiyiniz 190 manatida o vaxt verdizki ariq yumwalmalar bawlamiwdi,maddi yardimi milleti eve soxmadan vermey lazimdi ay ozlerini aqilli bilenler.......

Shushali 2020-06-18 22:24:36

Esas ish yeke yeke yeriyen 10 min manat rushfet verin orqanlara duzelen insanlarla adi davranish qaydalarini bilmeyenlerin hakimiyyeti yene berpa oldu, polisin indiki hereketi 90-ci illerin evvelerinde meydan sulayib .... OMONU xatirladir. Allah komeyimiz olsun.

Mail 2020-06-18 21:57:49

Bu qadağala ... Arada insanlar boğulur məhv olur.

ayxan 2020-06-18 19:28:55

rayonlarin adini deqiq yazinda bir abzasda basqa yerleri digerinde basqa yerleri qeyd edirsiniz

Fazil 2020-06-18 19:05:35

İnsafınız olsun bunu etməyin. Dəli olmaq səviyyəsindəyik. Ailə uşaq pis gündədirlər.

Son yazılar