Menu

"Fənərbağça" almaniyalı hücumçu ilə yollarını ayırdı - RƏSMİ

18.06.2020, 18:51
"Fənərbağça" almaniyalı hücumçu ilə yollarını ayırdı - RƏSMİ

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Maks Kruze ilə yollarını ayırıb.

"Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, almaniyalı hücumçunun müqaviləsinə birtərəfli şəkildə xitam verilib.

Qeyd edək ki, M.Kruze 2019-cu ilin yayında Almaniya "Verder"indən "Fənərbağça"ya keçib. 32 yaşlı forvardla 3 illik müqavilə imzalanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol