Menu

"Kondisionerlər infeksiya mənbəyi ola bilər" - Rəşad Mahmudov

18.06.2020, 20:09
"Kondisionerlər infeksiya mənbəyi ola bilər" - Rəşad Mahmudov

"Uzun müddət istifadə olunan kondisionerlər infeksiya mənbəyi ola bilər. Bunun üçün hər altı aydan bir kondisionerlər yoxlanılmalıdır. İnsanların uzun müddət kondisioner altında yatması sağalmasının ləngiməsinə səbəb ola bilər”.

“Report” xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov bu gün keçirilən brifinqdə deyib.

R. Mahmudov deyib ki, kondisionerlərin koronavirusu yayması ilə bağlı hər hansı təsdiq olunmuş məlumat yoxdur. Ancaq kondisionerlərin istənilən şəraitdə istifadə edilməsi məsələsinə də həssas yanaşmaq lazımdır: “İnfeksiyaya yoluxmuş insanların uzun müddət kondisionerin altında yatması onların durumunu daha da ağırlaşdıra bilər. Eyni zamanda avtomobillərdə kondisionerlərdə daxili sirkulyasiya düzgün olmaz, çöldəki hava ilə sirkulyasiya vacibdir. Çünki avtomobildə virus olsa, bunu yaya bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol