Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirusa (Covid-19) yoluxub.
Bu barədə APA-ya özü məlumat verib.
"Yeni klinika" ya yerləşdirildiyini bildirən S.Babullaoğlu hazırda səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib: "Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı, bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".


Şərhlər