Menu

Baş epidemioloqdan koronavirusdan ölən həkimlərlə bağlı açıqlama

19.06.2020, 13:08
Baş epidemioloqdan koronavirusdan ölən həkimlərlə bağlı açıqlama

“Yoluxucu xəstəlikləri evdə müalicə etmək olmaz. Belə olan halda mütləq həkimə müraciət etmək lazımdır. Bunun da koronavirusla əlaqəsi yoxdur. Bütün hallarda yoluxucu xəstəliklər təhlükəlidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev Yeni TV-yə müsahibəsində deyib.

O bildirib ki, tənəffüs yolu xəstəliklərində pnevmaniyanın yaranmasına insanlar özləri səbəb olurlar: “Vaxtında həkimə müraciət etməyəndə ağırlaşma baş verir və nəticədə ağciyərlər sıradan çıxır”.

İ.Ağayev vurğulayıb ki, ölkədə koronavirusa yoluxan və vəfat edən tibb işçiləri də var: “Bu gün tibb müəssisələrində müasir tələblərə cavab verən qoruyucu vasitələr kifayət qədərdir və tibb işçiləri arasında bu virusa yoluxan olubsa, bu, onun səhlənkarlığı ucbatından baş verib. Çünki bu vasitələrlə yoluxma ehtimalı çox azdır”.

Şərhlər

Helime 2020-06-19 14:07:05

Mesele ondadir ki, hekimler ozlerini qoruyur, amma etrafindaki tibb personalina ( xadime, tibb bacisi) bunu basha salmaq mumkun deyil. Agizlari-burunlari achiq, xestelerle six kontakta girirler. Basha salmaq mumkun deyil. Hekimlerede, tebii ki, onlardan yoluxma riski yuksekdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol