Menu

Nikita Xruşovun oğlu vəfat edib

19.06.2020, 21:46
Nikita Xruşovun oğlu vəfat edib

Sovet İttfaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov. İKP MK) birinci katibi Nikita Xruşovun oğlu Sergey Xruşov 85 yaşında Amerika Birləşmiş Ştatlarında (ABŞ) vəfat edib." AzPolitika.info"-nun məlumatına görə, Bu barədə «112» teleqram-kanal xəbər verib.

«REN TV» xəbər verir ki, informasiyanı ailənin dostu, keçmiş diplomat Mark Harrison təsdiqləyib.

«O, ölüb. Bağışlayın, indi sizə bundan artığını deyə bilmərəm - bu, faciəvi vəziyyətdir» - deyə, Mark Harrison Sergey Xruşovun telefonuna cavab verərkən deyib.

Onun həlak olmasının təfərrüatları araşdırılır. Ancaq «REN TV»-nin məlumatına görə, bu ölüm hadisəsi faciəvi xarakter daşıyır.

Sergey Xruşovun nəvəsi Nina xəbər verib ki, keçmiş sovet liderinin oğlu Krenstonda keçinib.

Sergey Xruşov - texnika elmləri doktoru, professor, Sosialist Əməyi Qəhrəmanı idi. 1991-ci ildə onu “soyuq müharibə” mövzusunda mühazirə oxumaq üçün Braun Univerisetinə (ABŞ) dəvət ediblər. Elə həmin vaxtdan o, ABŞ-da daimi yaşamaq üçün qalıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol