Menu

Meksikada koronavirusa yoluxanların sayı 170 mini keçdi

20.06.2020, 09:33
Meksikada koronavirusa yoluxanların sayı 170 mini keçdi

Son 24 saat ərzində Meksikada koronavirusa 5 030 nəfər yoluxub. Ölkədə virusa yoluxanların sayı isə 170 485 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

İndiyədək 20 394 xəstə COVID-19 infeksiyasının qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol