MİLLİ MƏCLİSİN DEPUTATI KORONAVİRUSA YOLUXUB! – Özü açıqlama verdi (Yeniləndi)

Koronavirusa yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev bununla bağlı facebook-da status yazıb. O, özünü virusdan qorumağa çalışdığını qeyd edib: 

"Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər".

***

Milli Məclisin koronavirusa yoluxan deputatının adı məlum olub. 

"AzPolitika.info" dəqiqləşdirə bilib ki, bu, deputat Sahib Alıyevdir. 

Allah şəfa versin!

***

Azərbaycan Milli Məclisinin deputatlarından biri koronavirusa yoluxub!

Bu barədə “AzPolitika.info”ya mötəbər mənbələrdən məlumat daxil olub.

Müəyyən səbəblərdən həmin deputatın adını çəkməyə ehtiyac görmürük. Ancaq qeyd edək ki, Milli Məclisin sonuncu iclasında deputatlardan Sahib Alıyev, Siyavuş Novruzov, İmamverdi İsmayılov, Fəttah Həydərov, Oqtay Əsədov və bir neçə başqa deputat iştirak etməyib.

AzPolitika.info

635x100

Şərhlər

seçici 2020-06-21 02:25:41

özü də elə virusdur o birilər kimi

Xalq 2020-06-20 21:51:37

beşi də yoluxub?

oxucu 2020-06-20 20:14:54

Bu virus Allah tərəfindən suçlu insanlara göndərilən bəladır.Deputatlar da ki ,insanların haqqına girməkdə,seçkini saxtalaşdırmaqda,korrupsiyada suçludurlar.Allah günahlarını bağışlasın.

Seymur 2020-06-20 18:24:55

Nə deyim......

BAKILI 2020-06-20 18:09:59

.....eks halda viprus yayacaq

Eko 2020-06-20 17:47:34

Yox qardash , adam maskasiz aftobusa minib , yeqin orda tutub , ( Ya tak dumayu ,,,)

Cavid 2020-06-20 16:34:14

Əvvəl yazırsınız ki, müəyyən səbəblərdən həmin deputatın adını çəkməyə ehtiyac görmürük.Sonra deyirsiniz ki, filankəsdi. Haradan çıxdı bu "ehtiyac"?

t.ədalət 2020-06-20 13:44:54

Yəqin bunlardan biridir

Son yazılar