Menu

İnsan nə qədər çox dişini itirirsə, ömrü də o qədər az qalır - Alimlərin mövqeyi

21.06.2020, 00:15
İnsan nə qədər çox dişini itirirsə, ömrü də o qədər az qalır - Alimlərin mövqeyi

Düşən dişlərin sayına görə insanın neçə il ömrü qaldığını müəyyən etmək olur. Britaniyanın «Oral Health Fondation» təşkilatının tədqiqatçıları bu nəticəyə gəliblər («healthinfo»).

Onlar müəyən ediblər ki, itirilmiş dişlərin sayı insanın öz sağlamlığına münasibətinin açar indikatorudur. Ekspertlərin müşahidələrinə görə, 70 yaşına qədər bütün dişlərini qoruya bilmiş insanlar 100 yaşa qədər yaşayırlar. Bu zaman 65 yaşa qədər 5 və daha artıq dişini itirmiş insanlar ürək-damar xəstəliklərindən, diabetdən və osteoporozdan əziyyət çəkirlər və ümumilikdə, bir neçə il az yaşayırlar.

Ekspertlər dişlərin düşməsinin başlıca səbəbləri arasında zədələri, tütün çəkməni, ağız boşluğunun yarıtmaz gigiyenasını və damaqların xəstəliyini önə çəkirlər.

AzPolitika.info

Şərhlər

Əli 2020-06-21 17:43:20

bu boş söhbətdir. Alın yazısı nədirsə ömür də o qədərdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol