Menu

Əgər turist koronavirusa yoluxarsa, 3 min dollar alacaq - Özbəkistan təhlükəsiz turizm vəd edir

21.06.2020, 14:23
Əgər turist koronavirusa yoluxarsa, 3 min dollar alacaq - Özbəkistan təhlükəsiz turizm vəd edir

Özbəkistan cari ildə uğurlu turizm mövsümünə ümid edir. Respublika hakimiyyəti vəd edir ki, Özbəkistana səyahət zamanı koronavirusa yoluxan hər bir turistə 3 min dollar ödəniləcək.

Kompensasiyanın məbləği prezidentin fərmanı (Turizm sferasının inkşaf etdirilməsi məqsədilə gücləndirilmiş sanitariya-epidemioloji təhlükəsizlik tələlərinə ciddi əməl olunması istiqamətində əlavə tədbirlər) ilə müəyyən olunur. Pullar “Təhlükəsiz turizm” fondundan ödəniləcək.

“Həm daxili, həm də xarici turistlər əmin olmalıdırlar ki, nəinki koronavirus infeksyası, həm də sanitariya-epilemioloji salamatlıq sahəsində digər poblemlər onlara toxunmayacaq. Turoperatorlar, otellər və turizm industriyası ilə əlaqəli hər şey üçün xüsusi sertifikat alınacaq. Belə sertifikatların olması turistlərlə işləmək üçün onlara imkan verəcək” - deyə, İnnovasifalı Milli Səhiyyə Palatasının sədri Rövşən İzamov danışıb.

Xarici turistlərə yalnız o obyektlər xidmət göstərə biləcəklər ki, adları “Özbəkistan - təhlükəsiz səyahət təmin olunur” reyestrinə daxil edilmiş olsun.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol