“DEMƏK OĞURLAMISAN Kİ, İNDİ TƏHVİL VERİRSƏN!...” – Əli Həsənova sərt sözlər

“Mərdlikdən kim danışırsa danışsın, Əli Həsənov danışmasın. Çünki onun mərdliyin nə olduğundan ümumiyyətlə xəbəri yoxdur”.

Bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Prezidentin sabiq köməkçisi Əli Həsənovun Demokrat.az xəbər portalında son müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Əli Həsənov KİVDF-nin keçmiş rəhbərliyinə qarşı cinayət işinin açılmasından narahat olub və bu səbəbdən hisslərini cilovlaya bilmir:

“Əli Həsənov deyir ki, şirkətlərimi təhvil vermişəm. Adama sual verərlər ki, şirkətləri kimə və nə üçün təhvil vermisən?

Elnur Əliyev deyə bir adamın adını çəkir. Hesab edirəm ki, bütün bunlar oyunbazlıqdır və Vüqar Səfərlinin birdən-birə 100 mini büdcəyə qaytarması kimi bir şeydir. Demək, oğurlamısan ki, indi də təhvil verirsən. Bir zamanlar deyirdin ki, ailəmə məxsus şirkətlərlə fəxr edirəm. Nə baş verdi və nə dəyişdi ki, indi fəxr etmirsən?

Vəzifədə olanda istədiyin işi edirdin və adını qoyurdun biznesmenlik. Vəzifədən çıxandan sonra biznesmenlik qabiliyyətini itirdin?”.

Elçin Şıxlı qeyd edir ki, Əli Həsənov Azərbaycan mətbuatını məhv edib və vəzifədən getdikdən sonra elementar davranış qaydalarını da itirib:

“O, vəzifədən azad ediləndən sonra ümumiyyətlə səsini çıxarmamalı, ya da diplomatik cavablar verməli idi. Lakin biz nəyin şahidi oluruq?

O, yenə əvvəlki ampluasındadır və yenə hədəfi yayındırmağa çalışır. Belə adamları sakitcə işdən çıxarmaq olmaz. Onları sona qədər ifşa etməlisən. Yox əgər ifşa etməsən, işləyib, sona qədər hər şeyi darmadağın edəcəklər.

Onun yürütdüyü siyasətinin nəticəsidir ki, hazırda mətbuata inam azalıb. Pademiya dövründə biz bunu aydın gördük və insanlarımız Həsənovun dövründə biabırçı kökə salınan TV və mətbuatın dediklərinə inanmır.

Əli Həsənov məqsədli şəkildə bu siyasəti yürüdüb və ölkəmiz bu gün də onun çirkin əməllərindən əziyyət çəkir”.(Sosium.az)

635x100

Şərhlər

Intizar 2020-06-23 13:56:09

Əli Həsənov o qədər təmiz və vicdanlı insanları işdən qovdurub ki.Sizə şahidi olduğum bir məsələ barədə danışmaq istəyirəm.İctimai Televiziyanın qurulmasında xüsusi əməyi olan Rauf Rəcəbov kimi peşəkar kadrı necə şərlədisə o ərizə yazıb işdən getməyə məcbur oldu.İctimai Televiziyanın 5 ən böyük departamentlərinə rəhbərlik edən Rauf müəllim cox gözəl idarəetmə qabiliyyətinə malik idi.bütün şirkətin əməkdaşları ona xüsusi rəğbət bəsləyirdilər.Mən də şəxsən onun rəbdərlik etdiyi departamentlərin birində çalışmışam.Rauf Rəcəbovun baş direktor müavini vəzifəsinə təyinat alma ərəfəsində Əli Həsənov öz qardaşı oğlunu,televiziyanın nə olduğunu heç anlamayan bir nadanı Elçin Həsənovu müavin təyin etdi.İTV-nin müsibətləri də elə o zamanlar başladı.Elçin Həsənov da ona yaltaqlıq edən bir qrup insanla birləşib Balakişi Qasımova təzyiqlər etməyə başladılar.Rauf Rəcəbovun Elçin Həsənovun yersiz və mənasız göstərişlərinə görə dəfələrlə mübahisə etdiyinin şahidi olmuşam.Bir fakt.Elcin Həsənov hətta ona gec salam verən bir məşhur rejissorun işdən çıxarılması üçün departament direktoruna təzyiq edəndə Rauf Rəcəbov ona mənim yanımda tutarlı bir cavab verdi.Beləcə Əli Həsənovun da təzyiqləri nəticəsində peşəkarlar İTV dən uzaqlaşdırıldı.Mən də onların icində.Allah cəzanı verəcək Əli Həsənov!

Сталин 2020-06-23 12:21:51

лягушки квакает в прулу

adsız müəlifdən 2020-06-23 12:17:04

bir göldə bala balıq anasından soruşur anacan o lehməli sel də ötüşdü bəs nə vaxt durulacaq bu gölün suyu cavab-- balacan lil qatan əyyamda bir ildə bir axıb gələn sel deyil nə qədər ki bu göldə veyi-veyil dolaşan arsız qurbağalar var sular bulanıq olacaq

ВЭТЭНДАШЫ 2020-06-23 12:01:55

Əli Həsənov indi yoxdur, ama halınız heç dəyişməyib cənab şıxılı

t.ədalət 2020-06-22 11:39:48

Əli Həsənovun dəstək verənləri niyə cəzalandırılmır?

Firuz 2020-06-22 11:08:27

Əli Həsənovun KİVDF adlı qurum vasitəsilə öz əlaltılarına nələr etdiyini kim bilmir ki? Heç kimi oxumadığı qəzetlərə ayrılan pullar barəsində də danışmaq lazımdır.O maklatura materiallarının sahiblərinə jurnalist demək olarmı?

Şirzad 2020-06-22 10:53:04

Əli Həsənovun ideologiya və təbliğat haqqındakı anlayışı çox bəst idi.Hələ ki,onun barəsində ətraflı yazıya rast gəlinmir.Ondan soruşmaq lazımdır ki,sən hansı pullarla şirkətlər qurmuşdun? Necə oldu ki,oğlun milyonerə çevrildi?

Mehdi21 2020-06-22 10:42:21

Elçin ağıllı, savadlı və alicənab insandır. Onu mən təhsil nazirliyində işləyərkən necə bir insan olduğu mənə məlumdur. Qaldı ki, Əli Həsənova cavabı. Qeyd edim ki, Elçin müəllim yenə öz alicənablığın saxlayıb ona sərtlik göstərmədi. Elçin müəllimin hər bir sözündə həqiqət var. Təəssüf olsun ki, onu işimlə əlaqədar və son hadisələr Elçin müəllimlə görüşməyə imkan vermir. Sağlıq olsun.

Səlim 2020-06-22 10:38:32

Bəli,oğru olmayan məmur mən idim.Hamını düzlüyə dəvət edim,ərizəmi istədilər,məndə verdim və azad olundum.Şükürlər olsun Allaha ki,alnım acıq,üzüm ağdır.Tanıyan hər bir şəxs əvvəlkindəndə çox hörmətimi saxlayır.Dəyərini,qiymətini bilən şəxs üçün bundan gözəl hiss ola bilməz.

Ağayev Ağahüseyn 2020-06-22 10:08:10

....r.KORNAVİRUSA tutulan bir ailənin 3-yzvünü xəstəxanaya aparmırlar.Mənə zənğ edib aqlayır Bu hadisə QARADAQ r-nun QOBUSTAN QƏS.baş verib DİLAVƏR adlı bir XƏRCƏNĞ XƏSTƏSİNİN EVİNDƏ.Bu ölkə rəhbərliyinə XƏYANƏTDİR.

rasim quliyev 2020-06-22 09:28:19

Xalq darda senin kimiler oturub.bu xalqin qani ichib .Azerbaycanli deyil yeqin....

Moshu 2020-06-22 09:15:56

Silahı cinayətkarın və ya ruhi xəstənin əlinə versən bu böyük təhlükəyə çevrilir. Bu yaxınlarda oxudum ki, Əli Həsənov İdarəçilik Akademiyasında kafedra müdiridir və orada tələbələrə dərs deyir. Hərdən fikirləşirəm, bu başabəla “alim” tələbələrə nədən danəşacaq, törətdiyi əməllərindənmi, .... vergidən yayınma hallarındanmı? Bu kimdir ki, ailəsi bütün təhsil sistemini, mətbuatı ağlar günə qoydu, oğlu hansı qabiliyyətinə görə “Xəzər” TV-yə rəhbərlik edirdi? Suallar N qədər, cavablar isə yox dərəcəsindədir. Bütün şərhlərimdə qeyd etmişəm, kimdir bu insancıqlara bu qədər imkan yaradırlar. Kimdir bunların günahkarı. Bunun əməllərini Prokurorluq, polis orqanları görmürdülər və daha doğrusu görmək istəmirdilər? Göründüyü kimi Əli Həsənovun bu əməllərini bu orqanların rəhbərliyi görməli idilər. Aqstafa əməliyyatından sonra Vilayət Eyvazov polis şöbəsinin bütün tərkibini vəzifədən azad etdi. Prezident Administrasiyasında bu gün Ramiz Mehdiyevin, Əli Həsənovun nə qədər özləri kimi kadrlar fəaliyyətdədirlər. Cənab Prezident bu KRISALARI tapıb zərərsizləşdirməsə (başından yekə qələt kimi çıxmasın) gələcəkdə başımız dərddə olacaq. Bəlamız ondadır ki, müvafiq strukturlar bu biabırçılığı görürlər və buna göz yumurlar. Bir növ bir-birilərinin işlərinə göz yumurlar, daha doğrusu özlərini görməzliyə vururlar. Belə zərərli vərdişlərə son qoymaq lazımdır. Əli Həsənovun jurnalistlərə satdığı mənzillərlə bağlı faktlar üzə çıxarılmalıdır, bir daha təkrar edirəm, hər kəs törətdiyi əməlin cəzasını çəkməlidir. Cinayətkar cəzalandırılmayanda, günahkar isə cəzalandırılmayanda dövlət sarsılır. Bu prinsip əsas götürülməsə vay Azərbaycanın halına. Bütün Administrasiya, onun Aparatı cənab Prezidentə saxta xidmət etməməlidirlər, səmimi olmalarını arzulayardım

Eko 2020-06-22 07:57:50

Maraqlidi , bizde oqru olmayan memur var ?

Omer 2020-06-22 07:18:09

Bele bir adamin, bas nazir postuna iddiali bir adamin, sirketlerin tehvil verilib demesi Cox tecublidir. Satila boiler, legv ola boiler, amma kimese tehvil verile bilmez. Goren bele adamlar yuxari da yene VAR?

miri 2020-06-22 05:54:55

Bu məmləkətdə .... Odur bu gün bir nazir və ya məmur adına olan şirkət, zavod-fabrik, əmlak, bank hesabları,ofrordakialiyyə vəsaitləri.... sabah yuxudan durub başqa birinin adına olduğunu görürük. Bu isə onu göstərir ki, həmin vəsait vəya əmlak heç yeni sahibin də deyil..... Bu qədər sadə.vəssəlam.

Sabir 2020-06-22 02:38:47

://azpolitika.info/?p=595164Doğru yazıdır.Elə bu günlərdə də televiziyaların xəbər portallarında yanlış,birtərəfli xəbələr yer almaqdadır.Ümumiyyətlə Azərbaycanda internet televiziyalarından digərlərinə baxılmır.Bunun səbəbi KİV-lərin manqurdlaşdırılmasıdır.əuym v

ejder 2020-06-22 01:39:45

AYE,CAVAB VERMEK UCUN ,,AKADEMIK,,DE BAW OLMALIDI.

Musa 2020-06-22 01:10:48

Esil Ismayil Shixliya yarashan cavabdir, o belkede Elcin muallimden daha ehateli xarakterize ederdi bu azerbaycan metbuatini troul ordusuna cevireni. Azerbaycan metbuati ve idiologi ish hele bunun qeder deqradasiya olmamishdir. Bunda olan ambisiya hec kimde yoxdur. Neft alan AI meydan sulayirdi deyirdi AI hokumet bashcilari bizden asilidir, cunki onlarin energi tehlukesizliyini temin edirik. Bunun doktorluq ishi gefengiyatdan bashqa bir shey deyil. Bu Ramiz Mehdiyevin astar uzudur.

Son yazılar