Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 908-ə çatdı

22.06.2020, 09:58
Gürcüstanda koronavirusa yoluxanların sayı 908-ə çatdı

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 908-ə çatıb. Onların 761-i sağalıb, 14-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 710, stasionar nəzarətdə isə 269 nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol