Menu

“ABŞ Rusiyaya Şimal qütbü tərəfdən hücum edəcək” - Hərbi ekspert

22.06.2020, 15:29
“ABŞ Rusiyaya Şimal qütbü tərəfdən hücum edəcək” - Hərbi ekspert

Birləşmiş Ştatlar 70 ildən artıqdır ki, Şimal qütbündən Rusiyaya hava zərbələri endirməyi məşq edir. Bu barədə «İzvestiya» nəşrinə hərbi ekspert Vladislav Şurıgin bəyan edib.

Onun fikrincə, hazırda Arktika istqaməti belə hücumlar üçün optimaldır və Rusiya məhz Şimal qutbü tərəfdən düşmən zərbəsindən ehtiyatlanmalıdır.

«Oradan keçməklə, Amerika Birləşmiş Ştatlarından (ABŞ) Mərkəzi Rusiyanın strateji, siyasi və iqtisadi rayonlarına, Urala və Sibirə ən qısa məsafə var» - deyə, ekspert bildirib.

O, qeyd edib ki, bu istiqamət hələ Sovet İttifaqı dövründən aktual olub. Əvvəllər SSRİ-nin və Varşava müqaviləsi ölkələrinin raket əleyhinə mübafiə (RƏM) sisteminin sıxlığı ABŞ bombardmançılarının Avropa ərazisindən Urala nüfuz eməsinə mane olurdu.

«SSRİ arktik istiqaməti HHM sistemi ilə «bağlayandan» sonra, ABŞ qanadlı raketlərə keçdi. İndiyə qədər ABŞ strateji bombardmançılarının bütün tiplərinin əsas vəzifəsi bu raketləri Rusiya HHM sistemi zonasına daxil olmazdan əvvəl buraxmaqdan ibarətdir» - Şurıgin bildirib.

O, həm də ABŞ strateji aviasiyasının Arktikada yüksək fəallığını qeyd edib. Ekspert ABŞ HHQ-nin uçuşlarının artmasını onların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi cəhdi kimi dəyərləndirir.

Ancaq Şurıgin onu da qeyd edib ki, Rusyanın ABŞ hərbçilərinin belə fəaliyyətinə cavab imkanları var.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol