Menu

Rusiyada Ukraynaya casusluq edən polis rəisi saxlanılıb

22.06.2020, 16:56
Rusiyada Ukraynaya casusluq edən polis rəisi saxlanılıb

Rusiyanın Kursk vilayətinin rayon polis şöbəsinin rəisi dövlətə xəyanət ittihamı ilə saxlanılıb.

APA-nın Rusiya bürosunun Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Dmitri Borzenkov Ukrayna Təhlükəsizlik Xidmətinin bir bölməsi tərəfindən gizli əməkdaşlığa cəlb olunub.

Onun dövlət sirri daşıyan məlumatları topladığı və qarşı tərəfə ötürdüyü bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol