Menu

Azərbaycanda valyuta hərracında dollara tələb 23%-ə yaxın artıb

23.06.2020, 13:02
Azərbaycanda valyuta hərracında dollara tələb 23%-ə yaxın artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən istinadən verdiyi xəbərə görə, hərracda tələb 33 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (18 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 22,7% və ya 6,1 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol