Menu

Konstitusiya Məhkəməsi Mülki Məcəllə ilə bağlı müraciətə baxacaq

23.06.2020, 15:40
Konstitusiya Məhkəməsi Mülki Məcəllə ilə bağlı müraciətə baxacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 15-nə təyin edilmiş iclasında baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol