Menu

“Koronavirus “kunq-flyu” və ya “Çin qripi” adlandırılsın” - Tramp təklif edib

24.06.2020, 15:34
“Koronavirus “kunq-flyu” və ya “Çin qripi” adlandırılsın” - Tramp təklif edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp yeni koronavirusu «kunq-flyu», «Çin qripi» və ya «Uhan» adlandırmağı təklif edib.

Arizonada tərəfdarları qarşısındakı çıxışı zamanı, Tramp bəyan edib ki, COVİD-19 adı qeyri-adi görünür və «insanlar izah edə bilmirlər ki, bu, nə deməkdir». Eyni zamanda, o, qeyd edib ki, bəziləri xəstəliyi “Çin qripi” adlandırır. Prezidentin çıxışı Ağ Evin saytında translyasiya olunub.

Tramp «kunq-flyu» variantını Çin döyüş təlimi «kunq-fu» kəlməsini ingilis sözü «flu» (qrip və ya soyuqlama mənasını verir) ilə birləşdirməklə uydurub.

Bundan əvvəl Tramp dəfələrlə bəyan edib ki, Çin koronavirusun yayılması istiqamətindəki fəaliyyətinə görə məsuliyyət daşımalıdır.

AzPolitika.info

Şərhlər

Qoca Molla 2020-06-24 16:41:11

Adam əməlli balı rasistdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol