Menu

Bakı-Şamaxı yolunda ağır qəza, xəsarət alanlar var

25.06.2020, 01:33
Bakı-Şamaxı yolunda ağır qəza, xəsarət alanlar var

Bakı-Şamaxı magistral avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza zamanı 1992-ci il təvəllüdlüQədirov Elnur Elşən oğlu, 1996-cı il təvəllüdlü Rəcəbli Şəhla Malikqızı və 1955-ci il təvəllüdlü Rəhimov Aydın Əli oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

E. Qədirova qabırğanın küt travması, Ş. Rəcəbliyə bədənin küt travması və A. Rəhimova isə qapalı kəllə-beyin və döş qəfəsinin qapalı travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol