Menu

Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri koronavirusa yoluxub

25.06.2020, 10:16
Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri koronavirusa yoluxub

Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.

Sahib Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib.

Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: “İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol