“YUBANMADAN QADAĞALAR SƏRTLƏŞDİRİLMƏLİDİR” – YAP-çı deputatdan Operativ Qərargaha çağırış

“Düşünürəm ki, karantin rejimi sərtləşdirilməlidir. Son günlərin yoluxma və ölüm tendensiyası buna ciddi ehtiyac olduğunu göstərir”.

YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov belə hesab edir. 

Deputat “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, hazırda qüvvədə olan karantin qaydalarının ciddi effekt vermədiyi göz önündədir. “Hesab edirəm ki, hazırki vəziyyətə görə qadağalar çox yumşaqdır. Karantin rejimi olsa, hər gün yoluxanların sayında kəskin artım qeydə alınsa da, küçələr insan və avtomobillərlə doludur. Operativ Qərargah yubanmadan qadağaları sərtləşdirməli, həyati vacib sahələrdən başqa bütün sektorların fəaliyyəti dayandırılmalıdır. Eyni zamanda polis də qadağalara əməl olunmasına nəzarəti gücləndirməlidir. Düşünürəm ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qadağalara əməl olunması faizini yüksəltmək üçün cərimələrin artırılması məsələsinə də baxılmalıdır”, - deputat qeyd edib.

“AzPolitika”

635x100

Şərhlər

Amon 2020-06-25 23:01:16

Deputat metro baglansa yoluxma sayi keskin azalacaq.metroda havalandirma sistemi eledirki qapali yerdi oz havasini dovr eliyir yerinde

Pisi 2020-06-25 22:30:33

Ay deputat koronavirusnan mubarize aparandada herseyi nezere almaq lazimdi ele bir sms sistem qurmusuz guya insanlar 2 saatliq cixa bilsin cole. da bilmirsiz ki camaat 1 yazib gedib isderini hell eliyirler 2 de yazib qayidirlar evlerine siz hele yatmisiz

Omer 2020-06-25 22:26:25

Cenab deputad Prezident cermeni dedi sizde tez tekrar edirsiz. Men razi. Ozunuzdende deqiq bir teklif deyinde. Mesel men deyiremki tecili olaraq metro ve avtobuslar dayanmalidir. Umumen bizde neft saneyesi VAR, isleyir butun gucu ile, Kent teserufati isleyir, qalani ne varsa, tebiki yasam ucu vacib olanlar Dan basqa her sey dayansin. Bele deyin. Yoxsa gozleyirsiz Prezident design siz emel edesiniz, yada duma nese muzakire Eden kimi siz qebul ede siz. Ugurlar

Fuad 2020-06-25 20:44:30

Sen duputat adamsan karantin zeif ve guclu olanda hara istesen gedirsen vay bu kasib camaatin halina. ..

Adil 2020-06-25 19:47:32

Ay insan sertleshdirmek cerimelemek ...... Piul yoxduyeeeeee pul . camaat corek daliyca cixir . Bosh boshna cixmirlarki , Toxun acdan ne xeberi ((( Qeribe fikirler sôyleyirsiz ....

Shushali 2020-06-25 19:41:58

bu ishlerle profesional hekimler meshgul olmalidir. ..

t.ədalət 2020-06-25 19:40:55

BU deputatın,görünür vəziyyətrdən xəbəri yoxdur.Göstəriş alıb,danışanlara oxşayır.Məgər,görmür ki,karantin rejiminin sərtləşdirilməsi nəticəsində xəstələrin sayı durmadan artır?

Sürücü 2020-06-25 19:30:46

Cərimədən yığılan mənləğlər birbaşa büdcəyə köçürülməlidir ki.insanların müalicəsində və həyat şəraitinin yaxşılaşdırılmasına yönəldisin.Bu pulların polis və ya DYP-nin işçilərinə raylanması tamamilə qanunsuz olduğundan və onlara veridiyindən onlar qanunu və ya qeyri qanuni olmaqla insanları crimələkdə maraqlı olurlar.Yerində onlarla haqlı olaraq razılaşmamaq mübahisələr yaradır.

Son yazılar