Menu

Klinikaların koronavirus testi müayinələrini dayandırdıqları bildirilir

26.06.2020, 13:15
Klinikaların koronavirus testi müayinələrini dayandırdıqları bildirilir

Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.

Marja-ya verilən məlumata görə, dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır.

"Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam. Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər",- vətəndaşlardan biri Marja-ya bildirib.

Qeyd edək ki, yaxma nümunəsi götürülməklə aparılan müayinənin qiyməti 130 manat, qan müayinəsinin qiyməti isə 40 manat idi.

Şərhlər

t.ədalət 2020-06-26 15:09:24

Görünür,cərimələrdən toplanmış pullardan kommersant həkimlər də pay götürmək istəyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol