Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı GUAM Azərbaycanı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Təbrik mətni təşkilatın rəsmi "Twitter" səhifəsində yayılıb.
“Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı GUAM katibliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir”, - təbrikdə qeyd olunub.
Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional siyasi-iqtisadi təşkilatdır. Qurum 1997-ci il oktyabrın 10-da yaradılıb.


Şərhlər