Menu

Ermənistanda koronavirus uşaqlar arasında da yayılır

27.06.2020, 09:19
Ermənistanda koronavirus uşaqlar arasında da yayılır

Ermənistanın "Mari İzmirlyan" uşaq evində 9 uşaq və 6 dayə koronavirusa yoluxublar.“Report” xəbər verir ki, bu barədə "NEWS.am"a Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat katibi Sona Martirosyan bildirib.

"64 nəfər testdən keçirilib, onlardan 15-nin cavabları müsbət olub. Söhbət 9 uşaq və 6 dayədən gedir”, - deyə o bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, onların səhhəti normaldır. “Uşaqlar uşaq evində, dayələr öz evlərində müalicə olunurlar", - Martirosyan əlavə edib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti ölkədə koronavirusla bağlı vəziyyətə görə antiepidemiya tədbirlərini daha da sərtləşdirmək niyyətindədir. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan hər 1 milyon əhaliyə düşən COVID-19-a yoluxma hallarının sayına görə, dünyada liderdir.

Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə üçün martın 16-dan iyulun 13-ə qədər fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə təhlükəli virusa 23,2 min yoluxma aşkarlanıb, 12,4 min pasiyent sağalıb, 410 nəfər ölüb.

Şərhlər

Mehdi 2020-06-27 15:46:39

Taa o ermeni usaqi ile bayraqlarini gostermeseniz olmaz dəə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol