Menu

Bolqarıstandakı seçkilər “Cənub Axını”nın taleyinə təsir edəcək

05.10.2014, 17:59
Bolqarıstandakı seçkilər “Cənub Axını”nın taleyinə təsir edəcək

Bolqarıstanda oktyabrın 5-də keçiriləcək parlament seçkilərindən sonra bu ölkənin rəsmi Moskvanın dəstəklədiyi, lakin Aİ-nin tamamilə əks olduğu “Cənub Axını” təbii qaz boru kəmərinin inşasında iştirakının davam edib-etməyəcəyi məlum olacaq.

Bu haqda “Associated Press” (AP) agentliyi xəbər verir.

Mərkəz sağ partiyası kimi tanınan “GERB” seçki orqanları müşahidəçiləri tərəfindən ən çox səs toplayacaq partiya kimi düşünülsə də, partiya lideri Boyko Borisov üçün yeni koalisiya hökuməti qurmaq çətin olacaq.

Borisovun sözlərinə görə, o, “Cənub Axını” layihəsinə ancaq Aİ tərəfindən dəstək gələrsə, qoşulacaq. Onun bu açıqlamaları sosialistlər tərəfindən kəskin şəkildə qəbul edilmir. Səbəb isə sosialistlərin bu müqaviləni nəyin bahasına olursa olsun, əldə etmək istəmələridir.

Qeyd edək ki, bolqar hökumətində yaranan bu narazılıq güclərin ikiyə bölünməsinə səbəb olur.

Bolqarıstan NATO və Aİ üzvü olduğu üçün onun Rusiya nefti və qazından olan asılılığı gələcəkdə rəsmi Kremlin ölkə siyasətinə qarışmasına imkan yarada bilər.

Bolqar siyasi təhlilçisi Tihomir Bezlov AP agentliyinə verdiyi açıqlamalarda “B.Borisov 2013-cü ildəki məğlubiyyətini Rusiyanı dəstəkləməsi ilə əlaqələndirir, məhz buna görə də indi o, rəsmi Moskva ilə münasibətlərində diqqətli olmağa çalışır”, - deyə bildirib.

Qeyd edək ki, Borisovun başçılıq etdiyi GERB hökuməti ötən il dörd illik fəaliyyətdən sonra davamlı qiymət artımları və “kəmər sıxma” tədbirlərinə görə yaranan ümummilli narazılıq səbəbindən istefa vermişdi.

Bundan əlavə, sosialistlər tərəfindən yaradılan və Borisov hökumətinin istefasından sonra fəaliyyətə başlayan koalisiya hökuməti Aİ-nin bitməyən etirazlarına baxmayaraq, “Cənub Axını” layihəsi üçün yaşıl işıq yandırıblar.  /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol