Menu

Şəhidin ailə üzvləri koronavirusa yoluxub

27.06.2020, 15:30
Şəhidin ailə üzvləri koronavirusa yoluxub

Şəhid Şaban Cəfərovun həyat yoldaşı Şərafət Cəfərova və qızı Nərminə Cəfərova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə "Report"a şəhidin qızı N.Cəfərova özü bildirib.

Onun sözlərinə görə, testin nəticəsi hələlik məlum olmasa da, hazırda o, Mingəçevir şəhərindəki yaşadığı mənzildə ev şəraitində müalicəyə cəlb olunub. Anası Ş.Cəfərova isə koronavirus testi pozitiv çıxdığından Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"Hazırda özümü heç yaxşı hiss etmirəm. Danışmaqda çətinlik çəkirəm. Ümid edirəm ki, tezliklə sağalacağıq", - o bildirib.

Qeyd edək ki, Şaban Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub.

Şərhlər

İlqar Ağasəfoğlu 2020-06-28 08:35:21

Allah onları müqəddəs şəhidimizin ruhuna bağışlasın. Tezliklə şəfa tapsınlar.

Xalq 2020-06-27 15:35:02

Allah şəfa versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol